Fortis Development tikinti şirkətinə məxsus yaşayış kompleksi
Sahə (m²)119,5 - 231,7
Qiymət537 800 AZN-dən
Təhvil tarixi2029-cu ilin 3-cü rübü
İpotekaVar
Daxili kredit30% ilkin ödəniş, 30 ay müddətinə faizsiz daxili kredit.
Parametrlər
Təhvil tarixi2029-cu ilin 3-cü rübü
Korpus sayı1
Blok sayı11
Mənzil sayı145
Blokdakı liftlərin sayı1
Binada mərtəbələrin sayı6
Binada mərtəbələrin sayı7
Mərtəbədə mənzillərin sayı2
Ətraflı məlumat
Ağ Şəhərin nüfuzlu ünvanlarından biri olan Süleyman Vəzirov küçəsində yerləşən Fortis 4 — FORTIS Development-in müasir klub evi fəlsəfəsini əks etdirən yaşayış kompleksidir. Dünyaca məşhur Chapman Taylor memarlıq bürosunun layihələndirdiyi kompleks 7 mərtəbədən və cəmi 145 mənzildən ibarətdir.
Kompleksdə ailə komfortu və məxfilik ön planda tutulub. Hər mərtəbədə yalnız 2 yelçəkən mənzilin yerləşməsi həm daha sakit və özəl qonşuluq mühiti yaradır, həm də gün işığının bütün otaqlara sərbəst daxil olmasına imkan verir. Panoramik pəncərələrdən açılan mənzərədə daxili yaşıllıqlar və Ağ Şəhərin estetik görünüşü bir-birini tamamlayır.
Fortis 4-ü fərqləndirən əsas xüsusiyyət ümumi ərazinin təxminən 60%-nin yaşıllıq zonalarına ayrılmasıdır. Qapalı həyət-park konsepti sakinlərə şəhər səs-küyündən uzaq, sakit və təhlükəsiz mühit təqdim edir. Burada uşaqlar üçün müasir oyun meydançaları, yaşıllıq zolaqları və istirahət üçün xüsusi guşələr yaradılacaq.