Badamdarda villa rahatlığını mənzildə yaşamaq istəyənlər üçün xüsusi təklif!
Hünər Qrupun yeni villalar kompleksinin yaxınlığında, Badamdarın ən sakit və prestijli ərazilərindən birində 4 mərtəbəli apartman tipli yeni tikili binanın 3-cü mərtəbəsində yerləşən 5 otaqlı mənzil satılır.
Cəmi 6 mənzildən ibarət binanın özünəməxsus geniş həyəti, avtomobil qarajı, idman zalı və ailəvi tədbirlər üçün ayrıca geniş məkanı mövcuddur. Bina şəxsi generator, su ehtiyat çəni və fiber optik internetlə təmin olunub. Qaz, su, işıq daimidir. Binanın çıxarışı mövcuddur.
Sakitlik, komfort və şəxsi məkan axtaranlar üçün olduqca fərqli bir seçimdir. Bu mənzilin üstünlüklərini yerində görmək daha xoş təəssürat yaradacaq.
Ətraflı məlumat və mənzilə baxış üçün əlaqə saxlaya bilərsiniz.